Bakı və Doha arasında iki aviareys ləğv edilib

Bakı və Doha arasında iki aviareys ləğv edilib
02:42 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Doha (Qətər) və Krasnoyarskdan (Rusiya) Bakıya, eyni zamanda əks istiqamətdə uçmalı olan təyyarə reysləri ləğv olunub.
Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bildiriblər ki, reyslərin hansı səbəbdən ləğv edildiyi məlum deyil.
Məlumata görə, iyunun 15-də, Bakı vaxtı ilə 01:25-də Dohadan Bakıya gəlməli olan "QR 247" saylı reys və 03:30-da Bakıdan Dohaya uçmalı olan "QR 248" saylı aviareyslər ləğv edilib.
Eyni zamanda, iyunun 14-də, Bakı vaxtı ilə 20:30-da Krasnoyarskdan Bakıya gəlməli olan "IO 247" saylı reys və 21:30-da Bakıdan analoji istiqamətdə uçmalı olan "IO 248" saylı reys ləğv edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-ve-doha-arasinda-iki-aviareys-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR