İraq və Suriya İŞİD-ə qarşı birgə hərbi mərkəz yaradır

İraq və Suriya İŞİD-ə qarşı birgə hərbi mərkəz yaradır
04:07 15 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ İraq və Suriya iki ölkə arasındakı sərhədə yaxın rayonlarda İŞİD terror qruplaşması ilə mübarizə üzrə birgə hərbi əməliyyatlar Mərkəzi yaradır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İraqın Müdafiə Nazirliyinin nümayəndələrinin bəyanatına istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
Onların məlumatına görə, "Suriya ordusunun hərbi nümayəndə heyəti Bağdadda İraq Silahlı Qüvvələrinin nümayəndələri ilə iki dövlət arasında sərhədlərin təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə danışıqlar aparıb".
Qeyd olunur ki, Suriya hərbçilərinin İraqın paytaxtına gəlişi tərəflər arasında İŞİD-ə qarşı əməliyyatların əlaqələndirilməsi məqsədilə gizli əlaqələrin qurulmasından bir neçə il sonra ilk dəfə ictimaiyyətə açıqlanıb.
Bildirilir ki, "sərhədyanı rayonlarda terror qruplaşmalarına təzyiqin gücləndirilməsi üçün" hərbi əməliyyatların aparılması üzrə birgə Mərkəzin yaradılması barədə qərar qəbul edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raq-ve-suriya-i-si-d-e-qarsi-birge-herbi-merkez-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR