Moqadişoda silahlılar 30 nəfəri girov götürdü

Moqadişoda silahlılar 30 nəfəri girov götürdü
05:23 15 İyun 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Somalinin paytaxtı Moqadişo şəhərində silahlılar "Posh Hotel" mehmanxanasında 30 nəfəri girov götürüb.

Publika.az xəbər verir ki, bu barədə polis nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 2 silahlı məhv edilib, 10 girov azad edilib. Hazırda qalan girovların azad edilməsi üzrə əməliyyatlar keçirilir.

Somalinin paytaxtında TERROR - Ölənlər var

Bundan əvvəl, Moqadişoda "Posh Hotel"-in qarşısında minalanmış avtomobil partladılıb. Nəticədə azı 9 nəfər ölüb. Terror aktına görə məsuliyyəti “Aş-Şabab” qruplaşması öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR