Bakı və Doha arasında iki aviareys ləğv edildi

Bakı və Doha arasında iki aviareys ləğv edildi
06:03 15 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Doha (Qətər) və Krasnoyarskdan (Rusiya) Bakıya, eyni zamanda əks istiqamətdə uçmalı olan təyyarə reysləri ləğv olunub.

Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bildiriblər ki, reyslərin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

Məlumata görə, iyunun 15-də, Bakı vaxtı ilə 01:25-də Dohadan Bakıya gəlməli olan "QR 247" saylı reys və 03:30-da Bakıdan Dohaya uçmalı olan "QR 248" saylı aviareys ləğv edilib.

Eyni zamanda, iyunun 14-də, Bakı vaxtı ilə 20:30-da Krasnoyarskdan Bakıya gəlməli olan "IO 247" saylı reys və 21:30-da Bakıdan analoji istiqamətdə uçmalı olan "IO 248" saylı reys ləğv edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/202633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR