Qvatemalada zəlzələ nəticəsində 5 nəfər ölüb

Qvatemalada zəlzələ nəticəsində 5 nəfər ölüb
06:17 15 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Qvatemalada güclü zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli xidməti məlumat yayıb.
Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi. İndi məlum olur ki, Retaluleu, Ketsaltenanqo və San-Markos departamentlərində ümumilikdə dörd qadın və bir kişi həyatını itirib. Daha yeddi nəfər yaralanıb, zəlzələnin ziyan vurduğu insanların sayı isə 600 nəfərdən çoxdur, 40-dan çox tikili qismən dağıdılıb.
Yeraltı təkanların maqnitudası 6,6 olub, episentri Taxumulko şəhərindən təxminən səkkiz kilometr aralıda, Meksika ilə sərhəddə qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qvatemalada-zelzele-neticesinde-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR