Ən güclü oyun konsolu göstərildi - VİDEO

Ən güclü oyun konsolu göstərildi - VİDEO
07:12 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti "E3" sərgisi çərçivəsində keçirdiyi mətbuat konfransında yeni "Xbox One X" oyun konsolunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin nümayəndələrinin sözlərinə görə, yeni oyun konsolu ona qurulmuş 6 teraflops gücündə qrafik kart sayəsində "4K"  təsvir ölçülü və 60 fps kadrlar tezliyində olan oyunları işə salmağa imkan verəcək. Müqayisə üçün, "PS4 Pro" oyun konsolunun məhsuldarlığı 4,2 teraflops təşkil edir. Bundan başqa, "Xbox One X" konsolu "Microsoft"un ən yığcam oyun konsoludur. Sözügedən konsol "Xbox One S" üçün əlçatan bütün aksessuarları dəstəkləyir.

7 noyabr 2017-ci il tarixində satışa çıxarılacaq "Xbox One X" oyun konsolunun qiyməti 500 dollar təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR