“ReCAPTCHA” “Android”i qoruyacaq - VİDEO

“ReCAPTCHA” “Android”i qoruyacaq - VİDEO
07:37 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Google" şirkəti "Android" sistemi üçün "reCAPTCHA API" utilitini təqdim edib. Alətlər mobil tətbiqlərin spam və botlardan müdafiəsi üçün qabaqcıl təhlil sxemlərindən istifadə edir. Utilit qurğunun insan tərəfindən idarə edilməsinə şübhə etdikdə ekrana təhlükəsizlik kodu çıxardır. Xatırladaq ki, "reCAPTCHA" təxminən 10 il bundan əvvəl hazırlanıb və o vaxtdan etibarən 1 milyarddan çox nəfər sözügedən texnologiyadan istifadə edib. "Google" şirkəti hesab edir ki, indi süni intellekt şəkillərdəki aydın olmayan mətni 99,8% dəqiqliklə "tanıyır", buna görə yeni təhlil alqoritmlərindən istifadəyə başlanılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google" şirkətinin rəsmiləri əmindirlər ki, yeni "API" sistemin təhlükəsizliyini daha da artırır, həm də istifadəçi təcrübəsini yaxşılaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR