“Galaxy S8” gözlər üçün təhlükəli ola bilər

“Galaxy S8” gözlər üçün təhlükəli ola bilər
08:05 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Yeni "Galaxy S8" sahibləri bildiriblər ki, gözlərin skan edilməsi üçün cihaz insan görməsi üçün təhlükəli ola bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bəzi istifadəçilər qeyd ediblər ki, iki aylıq istifadədən sonra rahatsızlıq və qıcıqlanma hiss ediblər.

Bundan əvvəl "Note 7" sahibləri şikayətlənirdilər ki, mobil cihaz partlayır və ya onların əllərində yanır. "Galaxy S8" sahibləri isə smartfonun unikal dizaynını və yeni funksiyalarını qiymətləndiriblər. Amma istifadə etdikləri ilk ayda onun mənfi tərəflərini artıq hiss etməyə başlayıblar. Bir çoxları gözlərindəki ağrılardan və göz bəbəyinin skan edilməsindən sonra baş gicəllənməsindən şikayət ediblər.

"Samsung" şirkətinin rəsmiləri yeni smartfonun istifadəçilərinin şikayətlərinə heç bir şərh vermirlər. Qeyd edilir ki, texnologiya gözlər üçün tam təhlükəsizdir.

Oftalmoloq mütəxəssislər isə hesab edirlər ki, gözlərin infraqırmızı şüalara tez-tez məruz qalması kataraktın inkişaf etməsinə səbəb ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/553952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR