Çin "Emirates" aviaşirkətinə ölkə ərazisində fəaliyyətini genişləndirməyi qadağan edib

Çin "Emirates" aviaşirkətinə ölkə ərazisində fəaliyyətini genişləndirməyi qadağan edib
08:07 15 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Çin hökuməti "Emirates" aviaşirkətini cərimələyib və iki reys zamanı yol verilən insidentdən sonra ölkə ərazisində donanmasını genişləndirməyi və yeni marşrutlar açmağı ona qadağan edib.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Aprelin 17-də şirkət təyyarələrindən biri daxili reys yerinə yetirən yüksəklik rejimini pozub. Mayın 18-də baş verən ikinci hadisə zamanı isə pilotlar müvəqqəti olaraq dispetçer mərkəzi ilə əlaqəni itiriblər.
Şirkətə qarşı məhdudiyyət yarım il ərzində qüvvədə olacaq. Cərimənin məbləği 29 min yuan (təxminən 4,3 min dollar) təşkil edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cin-emirates-aviasirketine-olke-erazisinde-fealiyyetini-genislendirmeyi-qadagan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR