Qətər ABŞ-la 36 qırıcının alınmasına dair 12 mlrd. dollarlıq müqavilə bağlayıb

Qətər ABŞ-la 36 qırıcının alınmasına dair 12 mlrd. dollarlıq müqavilə bağlayıb
08:17 15 İyun 2017
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Qətər ABŞ-la 36 ədəd "F-15" tipli qırıcı təyyarənin alınmasına dair təqribən 12 milyard dollar məbləğində müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun bəyanatına istinadən "Bloomberg" məlumat yayıb.
Saziş ABŞ prezidenti Donald Trampın bu yaxınlarda əmirliyin ünvanına söylədiyi tənqidlərə rəğmən imzalanıb. Amerika lideri Qətərin "çox yüksək səviyyədə" terrorçuluğun maliyyələşdirilməsi ilə məşğul olduğunu bəyan edib.
ABŞ-ın və Qətərin müdafiə nazirləri Ceyms Mettis və Xalid bin Məhəmməd əl-Atıyey arasında sazişin imzalanması üçün görüş iyunun 14-də keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qeter-abs-la-36-qiricinin-alinmasina-dair-12-mlrd-dollarliq-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR