“Android” smartfonlarına zərər vuran virus aşkarlandı

“Android” smartfonlarına zərər vuran virus aşkarlandı
08:17 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Kasperski Laboratoriyası"nın əməkdaşları bildirir ki, yeni "Trojan.AndroidOS.Dvmap" virusu "Google Play" onlayn mağazası əlavəsi vasitəsilə smartfonlara daxil olur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda 50 min ədədə yaxın cihaz bu virusa yoluxub.

2017-ci ilin mart ayının sonunda tərtibatçılar mağazaya "təmiz" əlavəni yükləyib, sonradan isə onun üçün bir sıra yenilənmələr aparıblar. Ancaq onlar mağazada çox qalmayıblar və mütəxəssislər həmin gün bu əlavəni oradan siliblər.

Virusun işləmə prinsipi olduqca sadədir: smartfona daxil olaraq root-hüquqları ələ keçirməyə çalışır ki, bu da cihaz sahibinin xəbəri olmadan istənilən əlavələri yükləməyə imkan verirvə bütün inzibati hüquqları təqdim edir. Əlavə olaraq, "troyan" zərərverici kodu libdmv.so  və ya libandroid_runtime.so. sistem kitabxanalarına daxil edir.

Mütəxəssislərin sözlərinə görə, "Trojan.AndroidOS.Dvmap." virusu ilk yoluxma kodu olan virusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR