Yeni MacBook və MacBook Pro təmir olunmur

Yeni MacBook və MacBook Pro təmir olunmur
08:22 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

İyunun 5-9-da ABŞ-da keçirilən "WWDC 2017" konfransı yenilənmiş "MacBook" və "MacBook Pro" noutbuklarının təqdimatı ilə yadda qalıb. "iFixit" resursunun nümayəndələri yeni qurğuları daha ətraflı öyrənmək qərarına gəliblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu məqsədlə 13 düymlü "OLED" ekranlı "MacBook Pro" və 12 düymlü adi "MacBook" noutbuklarının müqayisəsi aparılıb. Yoxlamadan sonra məlum olub ki, hər iki qurğu təmirə yararlılıq göstəricisinə görə minimal 10 baldan 1 bal toplayıb. Lakin bu təəccüb doğurmayıb, çünki ötən il olduğu kimi, "Apple" şirkəti istifadəçilərə təmir olunmayan noutbuklar təqdim edib. Qurğuların daxilinə nəzər salan mütəxəssislər korpusa yapışdırılmış batareya və onun komponentlərini, eləcə də ana plataya bərkidilən operativ yaddaş, prosessor və sərt disk (HDD) aşkarlayıblar. Onların hamısı nasazlıq yaranacağı halda komponentlərin dəyişdirilməsini çətinləşdirəcək. Müsbət amil kimi yalnız ötənilki "MacBook Pro" nümunəsində quraşdırılan "kəpənək" tipli yeni klaviatura qeyd olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR