Dronlar çox uzaqlara uçacaq

Dronlar çox uzaqlara uçacaq
08:32 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Pilotsuz uçan aparatlar (dronlar) sənayedə geniş tətbiq edilir, həmçinin yüklərin çatdırılmasında, zavod, ferma və ya qoruqların ərazilərinin monitorinqində istifadə olunur. Ancaq pilotsuz təyyarələr ucqar yerlərdə tamamilə faydasızdır, çünki dronların uçuş uzaqlığı məhduddur. İndi "SkyX" şirkəti enerji doldurmaq üçün ilk "xStation"  birləşdirici stansiyasını qurub və bu, dronların uçuş uzaqlığını artırmağa kömək edəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sistem "SkyOne" adlı avtonom işləyən pilotsuz hibrid təyyarələrlə işləmək üçün nəzərdə tutulub. Hazırda "SkyOne" 100 kilometr məsafəni qət edə bilir. Ancaq bəzi obyektlərin, məsələn, qaz kəmərlərinin monitorinqi üçün bu uçuş uzaqlığı kifayət deyil, çünki dron yenidən enerji doldurmaq üçün geri qayıtmalıdır.

Amma dronları müvafiq vaxtda enerji ilə doldurmaq üçün "xStation" enerjidoldurma stansiyasını marşrut xəttinin müəyyən nöqtələrində qurmaq olar. "SkyOne" pilotsuz təyyarəsi enerjisinin çox hissəsini itirdikdə alqoritm  yaxınlıqda yerləşən stansiyanı tapmağa kömək edir.

"xStations" enerjidoldurma stansiyalarının marşrut xətti boyunca yerləşdirilməsi "SkyOne" pilotsuz təyyarələrinin uçuş uzaqlığını artırmağa imkan verəcək. Şirkət uğurlu sınaqlardan sonra cari ilin iyulunda ilk "xStations" stansiyasını quraşdırmağı planlaşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/553948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR