İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllıda 3 otaqlı ev yanıb
08:55 15 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsmayıllıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İsmayıllı rayonu, İstisu kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan mansard tipli birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2766867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR