Putin: "Biz Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcəyik"

Putin: "Biz Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcəyik"
09:05 15 İyun 2017
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində bildirib ki, Moskva Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, prezidentin bu sözləri "Showtime" telekanalında nümayiş etdirilən sənədli filmdə sitat gətirilib.

"Bilirsiniz, heç bir dünyəvi din pislik mənbəyi ola bilməz. İslamda da bir çox istiqamətlər, cərəyanlar var. Burada əsas şiələr və sünnilərdir. Doğrudan da, biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, hər halda nə vaxtsa aradan qaldırılmalıdır", - deyə Putin bildirib.
Stoun Putindən soruşub: "Bəs Moskva xilafət olacaq?

"Buna biz heç cürə yol vermərik. Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin", - deyə prezident bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR