"Qəbələ" "Axmat"a qarşı

"Qəbələ" "Axmat"a qarşı
09:22 15 İyun 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Avstriyada hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama matçına çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Tirol bölgəsində, İnsbruk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində hazırlıq keçən baş məşqçi Roman Qriqorçuk yetirmələrini ikinci dəfə sınamaq imkanı əldə edib.

Avropa Liqasında ölkəmizi təmsil edəcək "qırmızı-qaralar" Rusiyanın Premyer Liqa təmsilçisi "Axmat"la qarşılaşacaq.
 
DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular - Cavid Hüseynov, Ruslan Qurbanov, Araz Abdullayev, Ürfan Abbasov və yeni transfer Elvin Məmmədov komandaya bu gün qoşulacaqlar.
 
İlk matçında yerli "Fulpmes"i 8:0 hesabı ilə darmadağın edən "Qəbələ" ikinci oyununda nisbətən güclü komanda ilə gücünü sınamalı olacaq.
 
Son mövsümü 5-ci pillədə başa vuran komanda əvvəlcə "Terek" adlanıb. Lakin yaxın günlərdə adı dəyişdirilən klub Çeçenistanın keçmiş prezidenti Axmat Kadırovun şərəfinə "Axmat" adlandırılıb.
 
Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək "Qəbələ" daha 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" ayın 19-da "Botev" (Bolqarıstan), 22-də isə "Ludoqorets"lə (Bolqarıstan) qarşılaşacaq.
 
Yoxlama oyunu
15 iyun
 
20:00. "Qəbələ" - "Axmat"
Avstriya, İnsbruk

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/554465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR