Avropa İttifaqı daxilində mobil rouminq ləğv edildi

Avropa İttifaqı daxilində mobil rouminq ləğv edildi
09:33 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

İyunun 15-dən etibarən Avropa İttifaqı daxilində mobil rouminq ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda bildirilir. Bu gündən etibarən abonentlər Avropa İttifaqının istənilən 28 dövləti ərazisində öz ölkələrindəki tariflər üzrə danışacaq və internetdən istifadə edəcəklər. Əvvəl olduğu kimi, abonent rouminq zamanı nəzərdə tutulan yüksək tariflər ödəməyəcək. Avropa Birliyinə daxil olmayan ölkə vətəndaşları üçün mobil rouminq qüvvədə qalır və tariflər də milli operatorlar tərəfindən müəyyən edilir.

“Bu gün tarixi bir gündür. Həqiqətən vahid Avropa mobil bazarının birləşdiyi bir gündür”, - deyə açıqlamada qeyd olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/202641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR