ABŞ dolları möhkəmləndirir - Nəticələri necə olacaq?

ABŞ dolları möhkəmləndirir - Nəticələri necə olacaq?
10:05 15 İyun 2017
225 Ölkə
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini 1,25 %-dək qaldırıb. Bu, son dövrlər üçün çox yüksək nəticədir. Başqa sözlə desək, bu, həm də dolların qiymətidir".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, ABŞ-da 2008-ci il böhranından sonra mərkəzi bank üzrə uçot dərəcəsi 4-cü dəfədir ki, qaldırılır. Bunadək 2015-ci ilin dekabrında, 2016-cı ilin dekabrında, bu ilin martında hər dəfə də 0,25 % qaldırılmışdısa, indi bu artım beşqat olub: 

"ABŞ iqtisadiyyatı çətin durumdan artıq tamamilə çıxıb. Hökumət qarşıya qoyduğu bütün məqsədlərə çatıb - işsizlik məqbul səviyyədə, yəni 5 %-dən aşağı, inflyasiya 2 % civarında, iqtisadi artım 1-2 % ətrafında təşkil edir. Odur ki, FES tərəfindən kəmiyyət yumşaldılması dayandırılıb, balansın azaldılması və faiz dərəcəsinin tədricən artırılması kimi tədbirlər prioritet vəzifəyə çevrilib".

İqtisadçı hesab edir ki, bu addımdan sonra dolların möhkəmlənməsi ehtimalı böyükdür. O, bunun Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini də açıqlayıb:

"O ki qaldı bunun Azərbaycan və dünya istisadiyyatına necə təsir edəcəyi məsələsinə, dolların möhkəmlənməsi nefti ucuzlaşdırır. Enerji resurslarının ucuzlaşması isə dövlət gəlirləri bundan asılı olan ölkələrin iqtisadiyyatlarını çökdürür, ümumən dünya üzrə iqtisadi artımı aşağı salır. Təbii ki, bundan biz də ziyan çəkirik.

Martdakı artım nəticəsində dollar o qədər də çox möhkəmlənməmişdi, lakin indi buna ehtimal böyükdür. Hazırda ölkədə yeni iqtisadi modelə transformasiya gedir. Bu isə uzunmüddətli prosesdir. Bunun nəticəsini qısa müddət ərzində gözləmək olmaz. Söhbət, ümumi nəticədən gedir. Ümumi nəticə isə ondan ibarətdir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunsun və xarici maliyyə, xammal bazarlarındakı dəyişikliklər iqtisadiyyata az təsir göstərsin".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR