Yaponiyada YENİ QANUN: Terror aktına hazırlıq...

Yaponiyada YENİ QANUN: Terror aktına hazırlıq...
10:08 15 İyun 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya parlamenti terror aktına və digər mütəşəkkil cinayətkarlığa hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilmə barədə qanun qəbul edib.

Qanuna əsasən, əgər qrup üzvlərindən heç olmasa birinin ciddi cinayətin hazırlanmasında iştirakı sübut ediləcəyi təqdirdə, qrupun üzvü olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.

Hökumət bəyan edib ki, qanun 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ərəfəsində təhlükəsizliyi gücləndimək məqsədi daşıyır.

Bildirilir ki, qanun layihəsi komitələrdə müzakirə olunmadan birbaşa parlamentin yuxarı palatasına səsverməyə çıxarılıb.

Müxalif partiyalar hökumət blokunu hüquqi proseduru pozmaqda günahlandırıb və qanun layihəsinin səsverməsi zamanı inamsızlıq votumundan istafadə edərək onun qəbuluna mane olmağa çalışıblar. Lakin müxalifətin təklifi qəbul edilməyib.

Nəhayət, mübahisələrə səbəb olmuş qanun layihəsi iyunun 15-də səhər hakim koalisiyaya məxsus Liberal Demokratik, Komey partiyalarından və Yaponiyanın Dirçəlişi Partiyasından olan deputatlar, parlamentin digər üzvləri tərəfindən səs çoxluğu ilə bəyənilib.

Yeni qanunu tənqid edənlərin rəyinə görə, o, insan azadlıqlarını məhdudlaşdıra bilər. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR