Bakıda "Hyundai" yandı

Bakıda yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərriki və yük hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR