ABŞ Qətərə silah satacaq

Qətər ABŞ-dan 12 milyard dollarlıq hərbi təyyarə alacaq.

Metbuat.az xəbər verir ki, Qətər Silahlı Qüvvələrinin Baş Qəragah rəisi general Həməd Bin Əli Əl-Atiyyə "F15" hərbi təyyarələri almaq üçün ABŞ müdafiə naziri Cim Mattislə görüşüb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qətərə sanksiya tətbiq edən dövlətləri dəstəkləyərək, Qətəri terrorizmə dəstək verməkdə günahlandırmışdı.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR