Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək

Bakıda ilk dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
10:17 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ 12-19 oktyabrda Bakıda "DocuBaku”I Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, belə bir hadisə paytaxtda ilk dəfə keçiriləcək və Bakıda ənənəvi keçirilən illik Avropa kinosu festivalı ilə paralel olaraq təşkil olunacaq.
Tamaşaçılar Avropa və Azərbaycan rejissorlarının 20-dən çox filmini izləyə bilər. Bu ilki festival tolerantlıq mövzusuna həsr olunacaq.
Festival çərçivəsində Avropa rejissorları ilə görüşlər, müxtəlif seminarlar təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/bakida-ilk-defe-beynelxalq-senedli-film-festivali-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR