Məşhurların qəribə arıqlama üsulları -

Məşhurlar bəzi xüsusiyyətlərinə görə digər insanlardan fərqlənir, xüsusən də Hollivud ulduzları... Məsələn, biz arıqlamaq istəsək də, bazar ertəsi başladığımız pəhrizi çərşənbə axşamı poza bilirik. Onların isə belə bir şansı yoxdur. Həyatlarının əksəriyyətini fanatlarının gözləntilərini qarşılamaq üçün sərf edirlər, tamaşaçıların onları görmək istədikləri kimi olmağa çalışırlar.

Bu səfər sizin üçün məşhurların arıqlamaq üçün əl atdıqları qəribə üsulların siyahısını hazırlamışıq. Bəziləri sağlamlıq üçün çox zərərlidir. Ona görə də xahiş edirik, siz sınamayın.

Natali Portman, ona "Oskar" qazandıran "Black Swan" filmində balerina rolunu canlandırmaq üçün 44 kq çəkiyə sahib olmalı imiş. Bu səbəbdən aktrisa ciddi pəhrizə üstünlük verib. Günlük rasyonu yarım qreypfrut, yerkökü və bir ovuc badamdan ibarət olan aktrisa sadəcə pəhrizlə də kifayətlənməyib. O, eyni zamanda həddindən artıq gərgin fitness proqramına uyğun məşqlərini davam etdirirmiş. Həmin günləri xatırlayan aktrisa qeyd edib:

"Rəqs etməyi öyrənmək üçün çəkilişlərdən hələ 1 il əvvəl gündə 2 saat olmaqla dərslərə başladım. İlk 6 ayın ardından gündə 5 saat, son 2 ayda isə gündə 8 saat çalışırdım. Gündə 2 km-ə yaxın üzürdüm. İntizam yaxşıdır, amma bu, çox yorucu idi".


Beyonse, "Dream Girls" filmindəki roluna görə 20 kq arıqlayıb. Yeməkdən faktiki imtina edən müğənni 2 həftə ərzində yalnız limon suyu, istiot və qızılağac siropundan istifadə edib. Ancaq Beyonse eyni şeyi bir daha sınamağa cürət etmədiyini deyib. Beyonsenin tətbiq etdiyi limonad pəhrizi bədəndəki lazımsız və zərərli maddələrin çox sürətli bir şəkildə atılmasına kömək edir və bu səbəbdən zərərli maddələrdən qurtulan orqanizm sürətlə arıqlamaq istəyir. Ancaq hər sürətli arıqlama üsulu kimi, nəticədə halsızlıq, zəiflik hiss edilir.


"Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib olmaq hər kəsin işi deyil. Mettyu Makkoneqi ona bu mükafatı qazandıran "Dallas Buyers Club" filmi üçün 4 ay müddətinə son dərəcə az kalorili pəhriz proqramı tətbiq edib və nəticədə 30 kq arıqlayıb. Pəhrizin əsas prinsipi çox maye və zülaldan istifadə imiş. Aktyor intensiv psixoloji təzyiqin dözülməz olduğunu deyir.

Çəkilişlər zamanı hamburger yeməyin xəyalını quran Metyu açıqlamalarından birində arıqladıqdan sonra enerjsinin 35 faiz azaldığını vurğulayıb: "Müəyyən bir çəkiyə çatandan sonra orqanizminiz vəziyyətə öyrəşir. Çəki itirdikcə ruhi cəhətdən də təmizlənirsiniz. Ancaq enerjim əvvələ nisbətən 35 faiz daha aşağıdır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR