12 yaşlı qız qardaşının doğumunda iştirak etdi, göbəyini kəsdi - FOTO

12 yaşlı qız qardaşının doğumunda iştirak etdi, göbəyini kəsdi - FOTO
10:57 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Amerikanın Mississippi ştatında qeyri-adi olay yaşanıb.

Milli.Az "Dailymail"ə istinadla bildirir ki, 12 yaşlı qız Baptist xəstəxanasında doğum edən anasına kömək edib.

Ceysi Dellapena adlı qız anasının doğuşunda iştirak edib.

Başına tibbi papaq, əlinə əlcək taxan qız qardaşının göbəyini də kəsib. Həmin anda ağlayan Ceysini atası telefonla kameraya çəkib.

Valideynləri bildiriblər ki, Ceysi iki il əvvəl də doğum zamanı otağa girmək istəyib, lakin onlar Ceysi hələ uşaq olduğuna görə buna icazə verməyiblər.

Lakin indi valideynləri düşünüblər ki, Ceysi otağa girə bilər.

Doğumdan sonra ağlayan Ceysi MS News Now-ya açıqlama verib:

"Mən ağlamağa başladım. Çünki, düşünürdüm ki, balaca olduğum üçün onun doğumunu görə bilməyəcəm".

Nikki Smit tərəfindən sosial şəbəkəyə yüklənən şəkillər 170 min dəfə paylaşılıb, 190 min dəfə bəyənilib.

Milli.Az fotoları təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/554480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR