49 yaşlı kişi ondan ayrılmaq istəyən tələbə sevgilisini güllələdi

49 yaşlı kişi ondan ayrılmaq istəyən tələbə sevgilisini güllələdi
11:05 15 İyun 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

İzmirin Karşıyaka mahalında bir müddətdir birlikdə olduğu Arif K.-ya (49) zəng edən Ebru K. (24) ondan ayrılacağını deyib.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, Arif K. son dəfə onunla danışmaq istədiyini söyləyib. Ötən gecə bir kafedə görüşən cütlük arasında baş verən mübahisədə Arif K. əlindəki neylon paketdən çıxardığı tapança ilə Ebru K.-ya ard-arda atəş açıb. Vəziyyəti ağır olan Ebru K. xəstəxanaya çatdırılıb.

Qaçan Arif K. qısa müddət sonra polislər tərəfindən tutulub.

Pamukkale Universiteti Moda Dizaynı fakültəsinin 1-ci kurs tələbəsi olan Ebru K.-nın bir müddətdir birlikdə yaşadığı Arif K.-nın evli olduğunu öyrəndikdən sonra ayrılmaq istədiyi məlum olub. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR