Premyer Liqanın debütantı "Səbail" 4 transferi açıqlayıb.
Fanat.Az xəbər verir ki, ötən mövsümün əvvəlindən komandada çıxış edən Təyyar Məmmədov "Neftçi"dən 6 aylıq, qış fasiləsində heyətə qoşulan Orxan Qurbanlı isə 1 illik icarəyə götürülüb.
Ötən mövsümdən "Səbail"in sıralarında olan Eltun Yaqublu da daha bir il klubunun şərəfini qoruyacaq.
Bu arada Murad Ağayevlə də 1 illik müqavilə imzalanıb. Son klubu "Neftçi" olan 24 yaşlı yarımmüdafiəçi U-19 millimizin və əsas millimizin heyətində çıxış edib. O həmçinin "Sumqayıt" və AZAL komandalarının da şərəfini qoruyub.
Fanat.Az