Bakıda 18 avtobusun marşrut xətti dəyişdirildi - SİYAHI - XƏRİTƏLƏR

Bakıda 18 avtobusun marşrut xətti dəyişdirildi - SİYAHI - XƏRİTƏLƏR
11:27 15 İyun 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da, "Azneft" dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.

Xatırladaq ki, Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR