Bayram Kürdəxanlı niyə narkotik qəbul edir?

Uzun müddətdir ki, efirdə görünməyən tanınmış meyxanaçı Bayram Kürdəxanlıdan xəbər var.

Metbuat.az xəbər verir ki, 1 illik həbs həyatı yaşayan meyxanaçı yaradıcılıqla məşğul olduğunu bildirib.

“Həmişəki kimi öz işimlə məşğulam”.

“Özümü yaxşı hiss edirəm, səhhətimdə heç bir problem yoxdur. Öz işlərimlə məşğulam. Mən meyxananı yazıb, sonradan demirəm. Məndə söz bədahətən gəlir. Palatka toylarına, rayon toylarına, Şadlıq saraylarında keçirilən toylara gedirəm. İnşallah iyulun 1-dən toylarım başlayır. Toylarda dediyim meyxana oradakı auradan, ab-havadan asılıdır. Bəzən elə olur ki, toy yiyəsinin istəyinə uyğun qafiyə açıram. Əsasən sosial mövzularda meyxana deyirəm. Həbsxana həyatı haqda meyxana deməyi hələ ki, düşünmürəm”.

“Narkotik maddədən istifadə insanın öz əli ilə özünü məhv etməsidir”.

“Pis vərdişə görə içəridə yatdım. Həyatdı da, orda günahsızlar da yatır, günahı olanlar da... Başa düşürdüm ki, içəridəyəmsə, buna alışmalıyam, qəbul etməliyəm. 2 ildən çoxdur ki, azadlıqdayam. Yenidən həbs həyatı yaşamaq istəməzdim. Pis vərdişləri olan gənclərə demək istəyərdim ki, bu insanın öz əli ilə özünü məhv etməsi deməkdir. Uzaq dursunlar bu yoldan”.

Qeyd edək ki, 2014-cü ilin 12 iyulunda üzərində narkotik maddə aşkarlanan Bayram Kürdəxanı 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR