Bu məktəbdə şagirdlərə ayaqyolu təmizlədilir...

Hər ölkənin məktəblərində nizam-intizam, davranış qaydaları müxtəlifdir.

Metbuat.az xəbər verir ki, bəzi ölkələrdə məktəb qaydaları tamamilə fərqlidir. Bu ölkələr sırasında Yaponiya ilk yerlərdə qərarlaşıb.Yaponiya məktəblərinin hər kəsin marağına səbəb olan qaydalarını təqdim edirik:

1. Dərsə vaxtında gəlmək çox önəmlidir. Bir neçə saniyə gecikən şagird cəza olaraq 1 həftə sinifi təmizləyir.

2. Yaşlı müəllimlərə hörmət çox önəmlidir. Həmin müəllimin qarşısında tələbələr baş əyərək salam verirlər.

3. Günorta yeməyi sinifin içində yeyilir. Yeməkxanaya düşmək qadağandır.

4. Sinif, dəhliz, tualetlər belə .agirdlər tərəfindən təmizlənir.

5. Şagirdlərə uzun müddətlik tətil verilmir. Yay tətilləri 5 həftə davam edir və bu vaxt ərzində də ciddi şəkildə müəllimlərinin verdikləri tapşırıqlar hazırlanır.

6. Telefon istifadə etmək qadağandır.

7. Sağlamlıq üçün üzgüçülük dərslərinə çox ciddi nəzarət edilir.

8. Həftədə yalnız bir gün dərs olmur, bəzi məktəblərdə isə həftənin 7 günü dərs olur.

Sərdar Məmmədov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR