Zaxarovadan Qarabağla bağlı AÇIQLAMA: "Vəziyyət irəli hərəkət tələb edir"

Zaxarovadan Qarabağla bağlı AÇIQLAMA: "Vəziyyət irəli hərəkət tələb edir"
12:05 15 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"Moskva Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini istisna etmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: "Bir sıra beynəlxalq məsələlərin müzakirəsi zamanı bu məsələyə toxunulacağını istisna etmirik. Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məsələlərdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə də bağlı".

Zaxarova qeyd edib: "Yaranmış vəziyyət irəli hərəkət və həll tələb edir, ona görə son vaxtlar müxtəlif formatlarda danışıqlar intensivləşib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/554600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR