Vladimir Putinlə birbaşa bağlantıya 1,87 milyon sual qəbul edilib

Vladimir Putinlə birbaşa bağlantıya 1,87 milyon sual qəbul edilib
12:12 15 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ “Vladimir Putinlə birbaşa xəttə” 1,87 milyon müraciət qəbul edilib. Bu barədə “Report” "Rusiya 24" telekanalına istinadən xəbər verir.
Müraciətlərin yarısı zəng, 370 min sual SMS, 280 min müraciət isə sosial şəbəkələr vasitəsilə daxil olub. Qeyd olunur ki, suallar yalnız Rusiyadan yox, həm də xaricdən gəlir.
Sayca 15-ci “Vladimir Putinlə birbaşa xətt” “Birinci”, "Rusiya 1" və "Rusiya 24" telekanallarında, "Mayak", "Vesti FM" və "Radio Rusiya" radiostansiyalarında yayımlanacaq.
Ötən il prezidentə müraciətlərin sayı 2,3 milyonu keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/vladimir-putinle-birbasa-baglantiya-1-87-milyon-sual-qebul-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR