Qızartma qoxusunu yox etməyin üsulları

Yemək bişirdikdən sonra evi bürüyən qızartma qoxusu hər kəsi narahat edir.

Metbuat.az bu vəziyyətdən xilas olmağın üsullarını araşdırıb:

-Bir paket vanili yağsız tavada qovurmağa başlayın. Beləcə, qızartma qoxusundan əsər-əlamət qalmayacaq.

-Qızartma qoxusunun qarşısını almaq üçün geniş bir qaba bir stəkan su, yarım çay stəkanı sirkə və yarım limon suyu əlavə edə bilərsiniz.

-Qoxunun qarşısını almaq üçün tavaya cəfəri qoyun. Cəfəri yoxdursa, yaşıl alma dilimləri ilə əvəz edə bilərsiniz.

-Qaynamış su, limon və çubuq darçınla qızartma qoxusunu yox edə bilərsiniz. Təxminən 2 stəkan suyu qaynadıb içərisinə bir ədəd limon və 1-2 ədəd çubuq darçın qoyun və bu qarışığı ağzı açıq şəkildə saxlayın. Qoxuların yox olduğunu görəcəksiniz.

-Limon və ya portağal qabığını yandıraraq qızartma qoxusundan xilas ola bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR