İki avtomobil toqquşdu: üç nəfər ağır yaralandı

İki avtomobil toqquşdu:  üç nəfər ağır yaralandı
12:22 15 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağsu şəhərindəki bazarın qarşısında rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyev Kamran Qalib oğlunun idarə etdiyi VAZ 2106 markalı minik avtomobili qarşı tərəfdən gələn 1992-ci il təvəllüdlü Quluzadə Asim Abuzər oğluna məxsus VAZ 2106 markalı avtomobillə toqquşub.
 
Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişin, 1991-ci il təvəllüdlü Nuriyeva Gülnar Şakir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/554607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR