Türkiyədə ilin transferi: "Real"ın 60 milyonluq ulduzu...

Türkiyədə ilin transferi: "Real"ın 60 milyonluq ulduzu...
12:37 15 İyun 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" "Real"ın ulduzu Kərim Benzemanı heyətinə qatır. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Bir neçə gün əvvəl Fatih bələdiyyəsinin dəvəti ilə Türkiyədə iftara qatılan fransalı futbolçu "Beşiktaş"ın prezidenti Fikret Ormanla görüşüb. İddiaya görə, gecə saatlarında klubun bazasında baş tutan görüşdə bəzi müzakirələr aparılıb.


Bildirilir ki, "Beşiktaş" Benzemanı iki illik icarəyə götürmək istəyir. Hər hansı problem çıxmasa, futbolçu yaxın günlərdə İstanbula gələrək müqavilə imzalayacaq.


Qeyd edək ki, "Real" Benzemanı 2009-cü ildə "Lion"dan 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiyd-ilin-transferi-quotrealquotn-60-milyonluq-ulduzu-t58701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR