​"Direktor axşam məni məktəbdən çıxardı ki..."

Dünən paytaxtın ümumi təhsil məktəblərində XI sinfi bitirən şagirdlər üçün “Son zəng” çalındı.

“Son zəng”lə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə məktəb xatirələrindən danışıb:

“1974-cü ildə Mingəçevirdə 10 nömrəli məktəbi bitirmişəm. Bizim "son zəng"imiz 25 mayda keçirilib. "Son zəngi" müəllimlərimizin bizə verdiyi tövsiyələrlə xatırlayıram. Mingəçevir Kür çayı sahilində yerləşdiyinə görə, “Son zəng” günü məktəbdən çıxıb sahildə gəzmişdik. Sonra planlarımızı bir-birimizlə bölüşmüşdük. Biz məktəb yoldaşlarımız ilə indi də görüşürük.

32 ildən sonra həmin müəllimə...

Məktəb vaxtı bizə çox maraqlı və çalışqan müəllimlər dərs deyirdi. Birinci sinif müəlliməm, Xanım müəllimə idi. Maraqlısı odur ki, 32 ildən sonra həmin müəllimə mənim oğluma dərs deyib. Başqa riyaziyyat müəllimi Musa, bədən tərbiyəsi müəllimi Qaçar, coğrafiya müəllimi Məsim, tarix müəllimi Firuzə müəllimə bizim yaddaşımızda qalan sevimli müəllimlərdir.

Direktor məni məktəbdən çıxardı...

Məktəb illərim çox maraqlı idi. Mən məktəbdə fəal şagird idim. Məktəb bizim evimizə yaxın yerləşirdi. Hətta dərsdən sonra da məktəbdə qalırdım. Bir dəfə məktəb direktoru axşam saat 5-də məni məktəbdən çıxardı ki, sən məktəbdə çox olursan. Baxmayaraq ki, mən çox əla oxuyurdum. Məktəb illərini çox xoş xatirələrlə xatırlayıram".

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR