BƏT-in məruzəsi: Qadınlar kişilərdən 77% az qazanır

BƏT-in məruzəsi: Qadınlar kişilərdən 77% az qazanır
12:42 15 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması qlobal iqtisadiyyatın təxminən altı trilyon dollar həcmində artımını təmin edəcək, həmçinin vergi daxilolmalarının bir yarım trilyon dollar artmasına səbəb olacaq. “Report” xəbər verir ki, bu məlumat Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni məruzəsində yer alıb.
Müəlliflərin sözlərinə görə, bu günə qadınların məşğulluğu 47% - kişilərdən 27% az təşkil edir. Dünyada bir çox qadınlar hələ də kişilərlə eyni vəzifələri yerinə yetirərkən daha aşağı əmək haqqı alır.
Ötən iyirmi il ərzində əmək bazarında gender bərabərsizliyinin yalnız 0,6 faiz azalmasına nail olunub. Əmək haqlarında olan fərq isə dəyişməz qalıb - qadınlar kişilərə nisbətən 77 faiz az qazanır.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bet-nin-meruzesi-qadinlar-kisilerden-77-az-qazanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR