Çin polisinin mobil telefonların izlənməsi ilə bağlı kontraktı saytında dərc etməsi ölkədə narazılıqlara səbəb olub

Çin polisinin mobil telefonların izlənməsi ilə bağlı kontraktı saytında dərc etməsi ölkədə narazılıqlara səbəb olub
12:31 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çinlilər polisin səhvən öz saytında 23,983 dollar dəyərində mobil telefonların izlənməsi üçün proqram təminatının inkişafı üzrə müqaviləni dərc etməsi nəticəsində dövlətə təzyiq göstərməyə başlayıblar.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Venjou şəhərinin ictimai təhlükəsizlik üzrə rəsmi şəxsləri, istifadəçilər və sosial medianın  bu müqaviləni sensasiyaya çevirdiklərini gördükdən sonra təcili şəkildə onu saytdan siliblər. 

Hazırda ləğv edilmiş səhifəni “Google”ın kəşində görmək mümkündür.  Səhifədə Venjou şəhəri İqtisadi və Texnoloji İnkişaf Zonasının İctimai təhlükəsizlik bürosunun, Çinin hakimiyyət mərkəzinin qəyyumluq etdiyi  “Vuxan Xonqxin”  ikinci dərəcəli informasiya texnologiyaları şirkətinə iki müqavilənin icrasını həvalə etməsi qeyd edilir.

Çin dövlət agentliyi şəffaflığı təmin etdiklərini nümayiş etmək üçün planlı şəkildə satınalmalar ilə bağlı müqavilələrini veb saytlarında dərc edib. Lakin aydındır ki, Venjou polisi öz alış-verişlərini  nümayiş etmək niyyətində olmayıb.
 
Saytda göstərilən məlumatlara əsasən, məhsullardan biri 7,887 dollara alınıb və bu, polisə troyan virusunu “Android”ə tətbiq etməyə və “Apple” telefonlarının blokunu açmağa imkan verib.

Digər məhsul 16, 096 dollarlıq Troyan virusu olub və istifadəçiyə telefon danışıqlarını, mətnli mesajları və şəkilləri real vaxt rejimində izləməyə şərait yaradır.

Açıqlanan faktlar, Çinin “ağıllı şəhər” modeli kimi təqdim etdiyi və bulud texnologiyaları ilə telekommunikasiya rabitəsinin arabağlantısı ilə fərəhləndiyi Venjounun adına ləkə sala bilər.
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34643-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR