Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı - 28 MİN BORC

Keçmiş deputatın nəhəng obyekti işıqsız qaldı - 28 MİN BORC
12:44 15 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Kürdəmir rayon Mərkəzi Bazarının elektrik enerjisi ilə təchizatı 8 gündür məhdudlaşdırılıb.

 

Bu barədə Lent.az-a bazarda fəaliyyət göstərən ticarətçilər məlumat verib. Elektrik verilişinin kəsilməsi səbəbindən bəzi iş adamları xeyli ziyana düşüb. Bildirilir ki, elektrik enerjisi obyektin işıqpuluna görə xeyli borcunun yaranması səbəbindən kəsilib. Bazarın "Azərenerji"yə 28 min manat borcu var.

 

Qeyd edək ki, bu bazar Aran regionunda ən iri ticarət mərkəzi hesab edilir. Bazar keçmiş deputat, iş adamı Fərhad Qəribova məxsusdur. Obyektə rəsmən Fərhad Qəribovun oğlu Zöhrab Qəribov rəhbərlik edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR