Ucarda "narkobaron" ələ keçirildi

Ucarda "narkobaron" ələ keçirildi
12:49 15 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat keçirilib.

 

Lent.az-ın DİN-in mətbuat xidmətinə istinadən məlumata görə, RPŞ-yə bir nəfər rayon sakininin külli miqdarda narkotik üçün müştəri axtarması barədə daxil olan məlumatla əlaqədar əməliyyat qrupu yaradılıb.

 

"Şərti alıcı" rayonun Bərgüşad kənd sakini Xanoğlan Abbasovla danışıqlara gedərək onda olan marixuananın kiloqramını 800 manata almaq, pulun bir hissəsini dərhal, qalanını isə bir gün sonra ödəmək barədə razılaşıb.

 

İyunun 14-də X. Abbasov əvvəlcədən razılaşdıqları yerdə narkotik vasitəni satarkən polis əməkdaşları tərəfindən tutulub. Şöbədə aparılan müvafiq araşdırmalarla X. Abbasovun əvvəllər məhkum olunduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən narkotik vasitənin satışından əldə etdiyi 2000 manat da aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Ekspert rəyi ilə narkotik vasitənin ümumi çəkisi 4,5 kiloqram qurudulmuş marixuana olması müəyyən olunub.

 

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR