Keçmiş məhkum narkotik satarkən saxlanılıb

Keçmiş məhkum narkotik satarkən saxlanılıb
12:50 15 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Polis Şöbəsinə bir nəfər rayon sakininin külli miqdarda narkotik üçün müştəri axtarması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əməliyyat qrupu yaradılıb. "Şərti alıcı" rayonun Bərgüşad kənd sakini Xanoğlan Abbasovla danışıqlara gedərək onda olan marixuananın kiloqramını 800 manata almağa, pulun bir hissəsini dərhal, qalanını isə bir gün sonra ödəyəcəyi barədə razılaşıblar.

İyunun 14-də X.Abbasov əvvəlcədən razılaşdıqları yerdə narkotik vasitəni satarkən polis əməkdaşları tərəfindən tutulub. Şöbədə aparılan müvafiq araşdırmalarla X.Abbasovun əvvəllər məhkum olunduğu müəyyən edilib. Üzərinə baxış keçirilərkən narkotik vasitənin satışından əldə etdiyi 2000 manat da aşkar edilərək maddi sübut kimi götürülüb. Ekspert rəyi ilə narkotik vasitənin ümumi çəkisi 4,5 kiloqram qurudulmuş marixuana olması müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2766952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR