Orxan Nadirov: "Məni yaxşı edib polisə verib"

"Kimin haqlı olduğu ortaya çıxacaq".

Bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirov əməkdar artist Firuzə İbadovanın ondan polisə şikayət etməsi haqda Metbuat.az-a danışarkən deyib:

"Məni polisə şikayət edib, lap yaxşı, qoy etsin. Mən də elə qanunlarla hər şeyin tənzimlənməsinin tərəfdarıyam. Onda kimin haqlı, kimin haqsız olduğu ortaya çıxacaq".

Qeyd edək ki, Firuzə İbadova açıqlamasında Orxan Nadirovun ona olan 7 min manat borcunu qaytarmadığı üçün polisə şikayət etdiyini bildirmişdi.

Dilarə Zamanova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR