“Bu, yeni bir tarixin başlanğıcı oldu” - Aydın Mirzəzadə

“Bu, yeni bir tarixin başlanğıcı oldu” - Aydın Mirzəzadə
12:53 15 İyun 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda qurtuluş günü qeyd olunur.

Publika.az-a danışan millət vəkili Aydın Mirzəzadə bu bayramın əhəmiyyətinə toxunub. Həmin illəri yaxşı xatırladığını deyən deputat siyasi böhran içində olan ölkədə 15 iyunadək təhlükəsizlik olmadığını bildirib:

“O vaxt ölkədə stabillik pozulmuşdu. Cəmiyyətin hakimiyyətə inamı gündən-günə zəifləyirdi. Qeyri-qanuni birləşmələrin sayı durmadan artırdı. Bu da ölkədə separatizmin güclənməsinə şərait yaradırdı. Kriminal mühit çox güclənmişdi. Təhlükəsizlik yox idi. Müstəqillik tükdən asılı bir vəziyyətdəydi. Bununla belə cəmiyyətin inandığı bir insan var idi - Ulu öndər Heydər Əliyev. 1992-ci ildə artıq Heydər Əliyevin adı ilə bağlı bir siyasi partiya - Yeni Azərbaycan Partiyası yarandı. Tez bir zamanda bu partiyanın şəhər və rayonlar üzrə təşkilatları formalaşdı. Mən də həmin vaxt Mingəçevir şəhər təşkilatında siyasi fəaliyyətə başladım”.

Deputat 15 iyunu Azərbaycan tarixində yeni bir səhifə adlandırıb: "Həmin dövrdə artıq Elçibəy hakimiyyəti siyasi böhranda idi. Hakimiyyət daxilində qruplar bir-biri ilə mübarizə aparırıdılar. Cəbhə xəttində isə vəziyyət pisləşməkdə idi. Ermənistan ordusu bu vəizyyətdən istifadə edərək Azərbaycan ərazilərini tutmaqda davam edirdilər. Həmin dövrdə ulu öndərin hakimiyyətə gəlməsi artıq zəruri addıma çevrilmişdi.

İyunun əvvəlində Gəncədə Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi korpus hakimiyyətə tabe olmaqdan imtina etdi. Artıq digər korpuslarda da intizamsızlıq başlamışdı. Elçibəy Heydər Əliyevi Bakıya dəvət etməklə hakimiyyəti dövründəki ən düzgün addımı atdı. 1993-cü il 15 iyunda Heydər Əliyevin parlamentin sədri, 27 iyunda isə prezident səlahiyyətlərini idarə edən şəxs seçilməsi vəziyyəti kökündən dəyişdi. İnsanlarda hakimiyyətə inam artdı. Cəmiyyətdə stabillik yarandı. Ordu quruculuğu başlandı. Xarici dövlətlərə Azərbaycan arasında əlaqələrin qurulmasına başlandı. Bir sözlə 15 iyun Azərbaycanda yeni bir tarixin başlanğıcı oldu və bu sözün əsl mənasında milli qurtuluş idi”.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/202667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR