Bakıda və Sumqayıtda avtomobil oğruları yaxalandı

Bakıda və Sumqayıtda avtomobil oğruları yaxalandı
12:54 15 İyun 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda və Sumqayıtda avtomobil və velosiped oğurluğu ilə məşğul olan şəxslər yaxalanıb.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyunun 13-də saat 23 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini Baloğlan Hüseynova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb. İyunun 14-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Yasamal rayonu ərazisində hərəkətdə olması aşkar edilib. Görülən tədbirlərlə avtomobil Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq onu idarə edən paytaxt sakini Əli Cəfərovla birgə Xətai RPİ 37-ci PB-yə təhvil verilib.

 

Suraxanı RPİ 32-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 19-da və 26-da rayon ərazisində Bakı şəhər sakinləri olan iki nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Xəyal Bayramov tutulub.

 

İyunun 12-də Sumqayıt şəhəri 39-cu məhəllə ərazisindən şəhər sakini Dəyanət Hümbətova məxsus, üzərində mühərriki olmayan təmirə qoyulmuş “KİA” markalı mikroavtobus oğurlanıb. Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Tural Hüseynov tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR