Honkonqun logistika nəhəngi Azərbaycana gəlir

Honkonqun logistika nəhəngi Azərbaycana gəlir
12:57 15 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ Honkonqun logistika operatoru olan "Kerry Logistics Network Ltd." şirkəti MDB ölkələri və Mərkəzi Asiyada fəaliyyətini genişləndirəcək. "Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, şirkət MDB ölkələrindən geniş şəbəkəyə malik olan Qazaxıstanın "Globallink" nəqliyyat-logistika şirkətində paya alacaq.
"Kerry Logistics"in açıqlamasında bildirilib ki, anlaşma onun Mərkəzi Asiya və MDB ölkələrində əməliyyatlarının inkişafına kömək edəcək, habelə operatora böyük potensiala malik olan yeni bazarlara yol açacaq.
Hesab olunur ki, investisiyaları "Kerry Logistics"ə fəaliyyətini Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Gürcüstan, Ermənistan, Ukraynada genişləndirməyə şərait yaradacaq.
"Kerry Logistics"in rəhbəri Uilyam Ma bildirib ki, şirkət bir tərəfdən Çindən Mərkəzi Asiya və Avropaya avtomobil, dəmir yolları və multimodal yük daşımaları xidmətini göstərən yerüstü şəbəkəsinin inkişafını davam etdirəcək, digər tərəfdən isə layihə logistikası sahəsində təcrübəsini artıracaq.
Logistika şirkəti Çin və Avropanı birləşdirən yeni dəmir yolları xidmətlərini reallaşdırdıqdan sonra MDB məkanına sərmayə yatırmağa başlayıb. Ötən ilin avqust ayında şirkət Çinin şərqindək - İu şəhəri ilə İspaniyanın paytaxtı (Madrid) arasında konteyner qatarı buraxıb. 2017-ci ildə isə İunu Londonla birləşdirən marşrut işləməyə başlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/honkonqun-logistika-nehengi-azerbaycana-gelir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR