Lənkəranda “15-iyun Azərbaycan xalqının Qurtuluş Günüdür” mövzusunda konfrans keçirilib

Lənkəranda “15-iyun Azərbaycan xalqının Qurtuluş Günüdür” mövzusunda konfrans keçirilib
13:17 15 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 15 iyun. REPORT.AZ/ Lənkəranda “15-iyun Azərbaycan xalqının Qurtuluş Günüdür” mövzusunda konfrans keçirilib.
"Report"un Cənub bürosu xəbər verir ki, rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə Heydər Əliyev xatirə parkında ulu öndərin abidəsini ziyarət edib və abidə önünə tər gül-çiçək dəstələri düzüblər. 
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Milli Qurtuluş gününün Azərbaycan xalqının taleyində oynadığı rolu barədə ətraflı məlumat verib. O, həmin günün ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdaraq dövlət müstəqilliyini məhv olmaqdan xilas etdiyi tarixi an olduğunu diqqətə çatdırıb.
İcra başçısı çıxışında ümummilli liderin parlaq dühası ilə qurulmuş və Prezident İlham Əliyevin müdrik səyləri ilə sürətlə inkişaf edib gündən-günə qüdrətlənən müstəqil və azad Azərbaycan dövlətinin hər bir ölkə vətəndaşı üçün qürur mənbəyi olduğunu vurğulayıb. Eyni zamanda o, 1993-cü ilin 15 İyun-Milli Qurtuluş günündən ötən müddət ərzində Azərbaycanın hər yeri kimi Lənkəran şəhərinin də sürətlə inkişaf etdiyini, həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında köklü dəyişikliklərin, bütün sahələrdə inkişafın baş verdiyini və bu gün də bu inkişafın davam etdiyini bildirib.
Sonra icra başçısının müavini-İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbənin müdiri Rasilə Əliyeva məruzə ilə çıxış edib və məruzə ətrafında müzakirələr aparılıb.
Daha sonra Lənkəran Şəhər Mədəniyyət Mərkəzində incəsənət kollektivlərinin iştirakı ilə bayram konserti olub.







Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/lenkeranda-15-iyun-azerbaycan-xalqinin-qurtulus-gunudur-movzusunda-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR