52 yaşlı Oqtay Kaynarcanın səhhəti pisləşdi

52 yaşlı Oqtay Kaynarcanın səhhəti pisləşdi
13:28 15 İyun 2017
108 Şou
Ölkə mətbuatı
A- A+

“Eşkiya dünyaya hükmüdar olmaz” serialının baş qəhrəmanı 52 yaşlı Oqtay Kaynarcanın səhhətində problemlər yaranıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor detoks yolu ilə müalicə almaq istəyib. Bunun üçün o, Bodrumun ən bahalı hotelində dincəlməyə və detoks etməyə qərar verib. Kaynarcanı dostu Mahmud Ziylan da müşayiət edib.

Məlumat üçün bildirək ki, Keyt Moss, Naomi Kempbel kimi dünyaca məşhur ulduzlar detoks etmək üçün “The Life Co Bodrum Detoks Mərkəzi”nə gedib.

Müasir elmdə sərbəst radikallar adlandırılan zəhərli maddələr təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi sonucu orqanizmdə yaranırlar.

Detoks hər hansı bir yolla bədənimizə daxil olan, ya da bədənimizdə yaranan, tullantı maddə olaraq xaric olunmağı gözləyən zərərli toksinlərdən xilas olmaq deməkdir. Detoks orqanizmi yalnız zərərli artıqlardan təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir. Fizioloji tarazlığı bərpa edən detoks toxumalardakı toksinləri yumşaldaraq qan dövranı sisteminə çəkir. Bütün zəhərli hissə qanla bağırsaqlarda toplanaraq fəal və təbii üsullarla oradan təmizlənir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR