Mariya Zaxarova: “Moskva Rusiya Günü münasibətilə Vaşinqtondan təbrik məktubu almayıb”

Mariya Zaxarova: “Moskva Rusiya Günü münasibətilə Vaşinqtondan təbrik məktubu almayıb”
13:47 15 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 iyun. REPORT.AZ/ “Moskvadakı ABŞ səfirliyi Rusiya Günü münasibətilə Rusiyanın dövlət orqanlarının rəhbərlərini təbrik etməyib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu il Moskva bir sıra ölkələrin Xarici İşlər nazirliklərinin rəhbərlərindən bir çox təbriklər alıb.
"Adətən amerikalılar bu cür təbrikləri qeyri-rəsmi şəkildə Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirir ki, bu da prinsip etibarilə ümumi qəbul edilən diplomatik təcrübəyə uyğun deyil. Bu il Dövlət Departamentinin rəsmiləri qeyd ediblər ki, qaydalar dəyişib və hazırda təbriklər ABŞ səfirliyi vasitəsilə edilir. Məlum olub ki, Moskvadakı ABŞ səfirliyi Rusiya dövlət orqanlarına heç bir təbrik məktubu göndərməyib”, - o, qeyd edib. 
Bununla belə, M.Zaxarova vurğulayıb ki, Dövlət Departamentinin saytında digər ölkələrə ünvanlanan təbriklər hələ də yerləşdirilir: “İyunun əvvəlindən Vaşinqton internet vasitəsilə İtaliya, İsveç, Gürcüstan, Azərbaycan, Böyük Britaniya, Filippini təbrik edib. Elə təəssürat yaranır ki, bizim həmkarlar çaş-baş qalıblar və orada nə baş verdiyini anlamaq çətindir”. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/mariya-zaxarova-moskva-rusiya-gunu-munasibetile-vasinqtondan-tebrik-mektubu-almayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR