Xaçmazda Milli Qurtuluş Günü ilə bağlı möhtəşəm bayram konserti - VİDEO - FOTO

Xaçmazda Milli Qurtuluş Günü ilə bağlı möhtəşəm bayram konserti  - VİDEO - FOTO
13:52 15 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar rayon icra hakimiyyəti və "ARB Media Qrup"un birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti verilib.

Milli.Az xəbər verir ki, şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda təşkil edilən bayram tədbirində çıxış edənlər bildirib ki, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub.

Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Şəhər sakinlərinin və qonaqların coşqu ilə izlədiyi konsert proqramında Xalq artistləri Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Baloğlan Əşrəfov, Yusif Mustafayev həmçinin  tanınmış incəsənət ustaları Namiq Qaraçuxurlu, Mirkamil Kamilov, Səyyad Əlizadə və başqaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.

Bayram konsertinə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

Konsert proqramı bu axşam (iyunun 15-i) saat 20:00-da "ARB"-də, 21:30-da isə "ARB Günəş" telekanalında yayımlanacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xaçmazda Milli Qurtuluş Günü ilə bağlı möhtəşəm bayram konserti keçirilib


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/554624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR