8 ildir ki, sevgili olan cütlükdən evlənmə qərarı - FOTOLAR

8 ildir ki, sevgili olan cütlükdən evlənmə qərarı - FOTOLAR
14:38 15 İyun 2017
109 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni və aktrisa Mayli Sayrus aktyor Liam Hemsvortla Las-Veqas şəhərində evlənməyi planlaşdırır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün toyu barədə xəbərlər artıq çoxdan gəzir. Bu dəfə isə xarici jurnalistlər gələcək toyun bəzi təfərrüatlarını öyrənə bilib. Çoxsaylı mənbələr bildirib ki, toy tarixi yaxınlaşır. Verilən məlumata görə, 2009-cu ildən bəri görüşən sevgililər iyulun 4-də Las-Veqasda ailə həyatı qurmağı planlaşdırır. Maraqlıdır ki, həmin gün ABŞ-ın Müstəqillik Günü kimi qeyd olunur.

Mənbə “DailyMail”-ə əlavə edib ki, Mayli hər zaman Las-Veqasda qəfil toy etmək arzusunda olub:

“İndi cütlük bir neçə yaxın dostları və ailə üzvlərinin iştirakı ilə iyulun 4-də ailə qurmaq arzusundadır. Ola bilsin ki, toydan sonra onlar bal ayını Liamın vətəni olan Avstraliyanın Bayron-Bey şəhərində keçirsin.

Mayli Sayrus və Liam Hemsvort ilk dəfə “The Last Song” filminin çəkilişlərində tanış olub. Üç ildən sonra onlar nişanlansalar da, bir il sonra ayrılmağa qərar vermişdilər. Bu hadisədən sonra müğənni Mayli Sayrus dərin depressiyaya düşmüşdü. Lakin bir-birinə dəlicəsinə aşiq olan cütlük 2016-ci ildə yenidən barışıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR