"Sağlamlığa faydalı dondurma yoxdur"

Yay aylarının ən dadlı qidalarından biri də dondurmadır. Hamının sevimli təamı olan dondurmanı seçərkən nələrə diqqət edək?

Həkim dietoloq Amaliya Rəhimova Metbuat.az-a açıqlamasında deyib ki, sağlamlıq cəhətdən faydalı dondurma yoxdur. “Dondurmanı evdə hazırlamaq daha yaxşıdır. Çünki sənaye üsulu ilə hazırlanmış dondurma istənilən halda qatqılarla zəngindir. Yalnız zövqə görə, vaxtaşırı kiçik porsiyalarla yemək olar”.

Ən diqqət etməli olduğumuz məqam dondurmanın sağlamlıq və gigiyena qaydalarına uyğun hazırlanmış olmasıdır. Dondurma acqarına yeyildikdə iştahı öldürdüyü üçün tox ikən və ara qida kimi yeyilməsi məsləhətdir. Dondurma soyuq şirniyyat olduğu üçün birdən-birə deyil, ağızda əridilərək yavaş udulmalıdır. Tez şəkildə udularsa, mədə sancmalarına və qısılmalara səbəb ola bilər.

Qeyd edək ki, uşaqların gündə 100 qr-dan artıq dondurma yeməsi köklüyə səbəb ola bilər. Həmçinin 1 yaşdan kiçik olan uşaqlara dondurma verilməsi qida allergiyası yarada biləcəyi üçün təhlükəlidir.

(Dondurmanın verdiyi zərərlər... - DİETOLOQ RƏYİ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR